“Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistandan keçərək Türkiyəyə getməlidir”backend

“Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistandan keçərək Türkiyəyə getməlidir

“Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistandan keçərək Türkiyəyə getməlidir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitlik çərçivəsində regionun infrastrukturlarının açılmasına önəm verir. “Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizinə birləşdirə biləcək Şərq-Qərb qanadı, həmçinin Qara dənizdəki Türkiyə limanları var. Bunun üçün Azərbaycandan Ermənistandan keçən dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Türkiyəyə çatmalıdır. Və biz belə qərarlara hazırıq”.

O, qeyd edib ki, bu yolun infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün də istifadə oluna bilər: “…Və biz buna da hazırıq. “Dünyanın kəsişməsi” layihəsində bütün bu infrastrukturların işləməsi üçün biz məlum prinsipləri müəyyən etmişik”.

Paşinyan nəzərə çatdırıb ki, bunlara “bütün infrastrukturlar ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır”, “Hər bir ölkə öz ərazisində öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həm də təhlükəsizliyi təmin edir”, “Göstərilən infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər”, “Bütün ölkələr bərabərlik və qarşılıqlılıq prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə edir” prinsipləri daxildir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*