Azərbaycanın kişi voleybol yığması son matçında da uduzdubackend

Azərbaycanın kişi voleybol yığması son matçında da uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

KONKRET.az-ın məlumatına görə, A qrupunda yer alan yığma seçmə mərhələnin son matçında Danimarka ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb – 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
3 avqust

Azərbaycan – Danimarka – 1:3 (22:25, 25:23, 16:25, 16:25)

6 avqust
Azərbaycan – Türkiyə – 0:3 (11:25, 20:25, 16:25)

17 avqust
Türkiyə – Azərbaycan – 3:0 (25:15, 25:16, 25:19)

20 avqust
Danimarka – Azərbaycan – 3:0 (25:19, 25:19, 25:15).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*