Azərbaycanın Moskvadakı səfirliyi qarşısında piket keçirildibackend

Azərbaycanın Moskvadakı səfirliyi qarşısında piket keçirildi

Bu gün iki Azərbaycan vətəndaşı Rövşən Əliyev və Tural Mehdiyev Azərbaycanın Moskvadakı səfirliyi qarşısında piket keçirib.

KONKRET.az xəbər verir ki, piketin məqsədi bir neçə gün əvvəl Rusiya-Azərbaycan sərhədində baş verən hadisə ilə bağlı mövqeyini bildirmək olub. Piketçilər səfirliyə dəvət olunub. Onlarla diplomatik nümayəndəliyin müşaviri Cavid Nəbiyev görüşüb.

Səfirlik nümayəndəsinin sözlərinə görə, Azərbaycan tərəfi hadisədən təəssüflənir və bu məsələni diqqət mərkəzində saxlayır. Hal-hazırda Azərbaycanın səlahiyyətli nümayəndələri Dağıstandadır və yerli hakimiyyət orqanları ilə birlikdə sərhədə toplanan soydaşlarımızın ən qısa müddətdə geri qaytarılması üçün lazımi addımlar atırlar.

Səfirlik və bütün işçilər səlahiyyətləri daxilində mümkün olan hər şeyi edirlər. Səfir Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin müvafiq şöbəsi, Dağıstan Respublikasının rəhbərliyi, Məhərrəmkənd və Dərbənd icra hakimiyyətinin rəhbərləri və yerli diaspor fəalları ilə daim əlaqədədir.

Bildirilib ki, Dağıstanda koronavirusla bağlı çətin vəziyyətə baxmayaraq, məmurlar və yerli əhali orada olan vətəndaşlarımıza kömək edirlər.

Piket iştirakçıları onları qəbul etdikləri üçün səfirliyə təşəkkür ediblər və sərhəddə toplaşan Azərbaycan vətəndaşlarının tezliklə evlərinə qayıdacaqlarına ümid etdiklərini bildiriləbr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*