Azərbaycanla Ermənistan arasında artıq sülh var – Paşinyanbackend

Azərbaycanla Ermənistan arasında artıq sülh var - Paşinyan

Ermənistanın Baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan ölkədə keçirilən parlament seçkilərinin region üçün mümkün nəticələrindən danışarkən Azərbaycanla münasibətlərə də toxunub.

KONKRET.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, xoşbəxtlikdən hazırda Azərbaycanla Ermənistan arasında sülh mövcuddur.

Baş nazir Gürcüstanla dərin münasibətlərə malik olduqlarını vurğulayıb. O, həmçinin Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözlədiyini deyib.

Paşinyan Türkiyə ilə sərhədin, eləcə də dəmir yolu və avtomobil yollarının yaxın gələcəkdə yenidən açılacağına əminliyini ifadə edib.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Baş nazir Nikol Paşinyan artıq səsvermədə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*