“Azərbaycanla sülh sazişi ən yüksək səviyyədə imzalanacaq” – Paşinyan AÇIQLADIbackend

"Azərbaycanla sülh sazişi ən yüksək səviyyədə imzalanacaq" - Paşinyan AÇIQLADI

“Azərbaycanla sülh sazişi ən yüksək səviyyədə, əldə olunan yazılı sənədlər əsasında imzalanacaq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan deyib: “Azərbaycanla sülh sazişi indiyə qədər ən yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanacaq. Ermənistan hökuməti və xalqı təhlükəsizlik sisteminin gücləndirilməsi ilə məşğul olmalıdır. Biz inkişaf yolundan, Ermənistanın güclənməsindən bir an belə əl çəkməməliyik”, – Paşinyan bildirib.

Paşinyan Azərbaycanı ittiham etməkdən da çəkinməyib. O, rəsmi Bakını vəziyyəti yeni eskalasiyaya doğru inkişaf etdirməkdə günahlandırıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev  Ermənistanı rəsmi Bakının şərtləri ilə razılaşmağa çağırıb. Ölkə başçısı bildirib ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanımalı, sülh müqaviləsi bağlamalı və Azərbaycanın şərtlərinə uyğun olaraq delimitasiya işləri aparmalıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*