Azərbaycanlı din xadimi DTX-yə çağırıldıbackend

Azərbaycanlı din xadimi DTX-yə çağırıldı

ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağrılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, onunla yanaşı Marneulidəki İmam Əli məscidi fondunun sədri və bir neçə üzvü də DTX-yə sorğu-suala dəvət olunub.

DTX-dan Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzindən (EMC) bildirilib ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparılır. İstintaqın digər detalları barədə məlumat təqdim olunmayıb.

EMC-dən qeyd olunub ki, M.Əsədov ötən gün “Mtavari arxi” televiziya kanalına müsahibəsində Gürcüstanın teokratik deyil, dünyəvi ölkə olduğunu deyib. Jurnalistin hökumətin kilsələri bağlamamaqla bağlı qərarına münasibət bildirən din xadimi o zaman Ramazanda məscidlərin açılacağını bildirib: “Baş nazirin buna necə münasibət göstərəcəyinə baxarıq”.

M.Əsədov bunun sadəcə ritorik sual olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*