Azərbaycanlı əkizlərin ifası 1 milyard izləndi – Videobackend

Azərbaycanlı əkizlərin ifası 1 milyard izləndi - VİDEO

Azərbaycan əsilli rusiyalı ifaçılar Rauf və Faiq Mirzəyevlər “Youtube”-da bir milyard baxış toplayıb.

KONKRET.az xəbər verir ki, əkiz qardaşlar bu barədə İnstaqram səhifələrində məlumat veriblər.

“Youtube” 1 milyard baxış. Hər kəsə minnətdarıq”, − Mirzəyevlər bildiriblər.

Qeyd edək ki, Rauf & Faik “Youtube” kanalını 4,3 milyondan artıq şəxs izləyir.

Rauf və Faiq Mirzəyevlər İjevskdə anadan olublar. Fəaliyyətlərinə yerli Yaradıcılıq evinin vokal studiyasından başlayan qardaşlar tədrislərinə estrada studiyasında davam ediblər. 2018-ci ildə onların debüt albomu buraxılıb. Albomda 17 musiqi treki olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*