Müğənni Nazənin Salayeva ötən gün xəstəxanaların birində cərrahi əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, müğənnin yaxın rəfiqəsi və həmkarı Afət Fərmanqızı əməliyyatın yaxşı keçdiyini və Nazəninin reaniyamasiyaya köçürüldüyünü bildirib.
“Əməliyyat altı saat keçdi. Nazənin hazırda reanimasiyadadır. O, həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Nazənin özünü yaxşı hiss edir. Qarın nahiyyəsində əzələ qaçması Nazənini narahat etdiyi üçün o rekonstruktiv əməliyyat keçirdi. Bu əməliyyat peşəkar cərrah tərəfindən icra edilib”.
oxu.az
