“Azərbaycanlı qaçqınların Xocalıya qaytarılması ilə bağlı danışıqlar təxribat xarakterli dedi-qodudur”.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “dövlət naziri” Artak Beqlaryan deyib:
“Azərbaycanlı qaçqınların İvanyana (Xocalı) və ya bizim nəzarətimiz altında olan digər icmalara qayıtması ilə bağlı şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, “hakimiyyət”in gündəliyində belə bir məsələ yoxdur.
“Bu çətin dövrdə cəmiyyətdə bu cür təxribatçı dedi-qoduların yayılmasını yolverilməz hesab edirik. Onsuz da bizim həll olunmamış çoxlu problemlər, təhlükəsizlik məsələləri var ki, onların həlli üçün bütün yük və məsuliyyət ilk növbədə “hakimiyyət”in üzərinə düşür. Lakin mövcud çağırışları uğurla aradan qaldırmaq üçün biz hamımız qüvvələrimizi bir yerə cəmləməli, etiraf etməliyik ki, yalnız bir-birimizi dəstəkləməklə milli və dövlət maraqlarımızı təmin edə bilərik”, – Beqlaryan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az