Azərbaycanlı sürücülər koronavirusa YOLUXDUbackend

Azərbaycanlı sürücülər koronavirusa YOLUXDU

Gürcüstan ərazisində daha 3 nəfərdə koronavirus testi müsbət nəticə göstərib.

KONKRET.az xəbər verir ki, bu barədə Tbilisi Tibb Hospitalının departament müdiri Marexi Bekaya məlumat verib. O, həmin 3 nəfərdən 2-sinin yaşı 60-a qədər olan Azərbaycan vətəndaşlarının olduğunu söyləyib.

Onların hər ikisinin daşımalarla məşğul olan yük maşını sürücüləri olduğu və sərhədi keçən zaman testlərinin müsbət cavablandığı açıqlanıb.

“Hazırda 3 yoluxma faktı var, onlardan 2-si yaşı 60-a qədər olan Azərbaycan vətəndaşlarıdır. Hər 3 vətəndaşın vəziyyəti orta ağırdır. Azərbaycan vətəndaşlarının durumu barədə ətraflı məlumat verə bilmərəm”.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*