“Azərbaycanlılara qarşı ayrı-seçkilik olmalıdır” – Qarabağ separatçısı Metakse Akopyan sərsəmlədibackend

"Azərbaycanlılara qarşı ayrı-seçkilik olmalıdır" - Qarabağ separatçısı Metakse Akopyan sərsəmlədi

“Qarabağda azərbaycanlılara qarşı ayrı-seçkilik olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu bu gün Qarabağ separatçılarının nümayəndəsi Metakse Akopyan öz Fasebook səhifəsində yazıb.

O, irqçi bəyanatla çıxış edərək azərbaycanlılara qarşı ayrı-seçkiliyin olması lazım olduğunu bildirib.

Akopyan ikona şəkli ilə sərsəm paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Bu ikona 8 oktyabr 2020 -ci ildə azərbaycanlı köçərilərin məbədi bombalaması nəticəsində zədələnmiş Şuşi Kazançetsots kilsəsinin simvoludur. Qoruya bildiyimiz yeganə əşyadır.

Biz ağlamamalı və alçalmamalıyıq, düşmənlə bir yerdə yaşamağa və “bir dam altında dinc bir həyata” heç vaxt icazə verməməliyik. Türklər və azərbaycanlılar bizim qəti düşmənlərimizdir və biz hər zaman müqavimət göstərməyə hazır olmalıyıq.

Dünənki mövqeyimizə düşmən hücumu Türkiyənin bizə olan nifrətinin nə qədər güclü olduğunu sübut edir. Heç bir razılaşma onu dayandıra bilməz.

Əsrlərlə dağılmadıq, çünki ən çətin anlarda, qabiliyyətsiz və itirilmiş bir gücə sahib olduğumuz vaxtlarda milli səviyyədə birləşdik və hərəkət etdik.

Biz, Ermənistan, Artsax, diaspor  beynəlxalq strukturlarda eşidilmək üçün bir istiqamətdə hərəkət etməli, yəni ermənilərin yeganə Vətənini xilas etmək üçün birləşməliyik. Dünyanın bütün erməniləri Vətənimizə görə bizim nəslimizə borcludurlar”.

Qeyd edək ki, bunu separatçıların sözçüsü Metakse Akopyan Facebook səhifəsində yazıb.

Xuraman Etibarlı

KONKRET.az

  • FƏRMAN HÜSEYNOV
    Oktyabr 15, 2021 - 23:29

    …ERMƏNİ GƏNCLƏRİNƏ NEÇƏNCİ DƏFƏDİR,SAXTA TARİX ÖYRƏDİLİR…QARABAĞA KÖÇMƏLƏRİNİN 150-İLLİYİNİ ƏKS ETDİRƏN LÖVHƏNİ İSƏ GİZLƏDİRLƏR…BİZİM ALİMLƏRİMİZ NECƏ DEYƏRLƏR ERMƏNİ GƏNCLƏRİNİ HƏQİQƏTƏ YÖNLƏNDİRMƏLİDİRLƏR…ERMƏNİLƏRİN ƏSLİNDƏ QARABAĞ HAQQINDA BİR KƏLMƏ BELƏ DANIŞMAĞA HAQQI OLMADIĞINI,İRƏVANIN TARİXİ AZƏRBAYCAN TORPAĞI OLDUĞUNU DÜNYANIN BİR ÇOX ARXİVLƏRİNDƏN ÖYRƏNMƏK İMKANLARI OLDUĞUNU ERMƏNİ GƏNCLƏRİNƏ HANSISA YOLLA BAŞA SALMAQ LAZIMDIR…ONLARIN ƏKSƏRİYYƏTİNİN BUNU ÖYRƏNMƏYƏ HEÇ VAXT İMKANI OLMAYACAĞINI BİLƏN YALANÇI ERMƏNİ ALİMLƏRİ,ƏSLİNDƏ ONLARIN ÇOXU HEÇ ERMƏNİ DƏ DEYİLLƏR BU İŞLƏ MƏŞĞULDURLAR…ÇÜNKİ ONLARDAN TARİXƏN BİR ALƏT KİMİ İSTİFADƏ OLUNDUĞUNU ÖZLƏRİNİN DƏ AZ-ÇOX DÜŞÜNƏNLƏRİ BİLİRLƏR…

FƏRMAN HÜSEYNOV üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*