Azərbaycanlılara saxta atalıq – 4 rus qadın cəzalandırıldıbackend

Azərbaycanlılara saxta atalıq - 4 rus qadın cəzalandırıldı

Rusiyanın Pestov Rayon Məhkəməsi rayonun və Tver vilayətinin 26 yaşdan 45 yaşa qədər olan 4 sakini barəsində qərar çıxarıb.

KONKRET.az mk.ru-ya istinadən xəbər verir ki, qadınlar xarici vətəndaşların Rusiya Federasiyasında qanunsuz qalmasının təşkilində təqsirli biliniblər. Məhkəmə təhrikçini 4,5 il şərti azadlıqdan məhrum etmə, 4 il yoldaşına və daha iki qadına 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.

Müqəssirlər 2021-ci ilin may-avqust aylarında Özbəkistan, Tacikistan və Azərbaycan Respublikasının 12 xarici vətəndaşına azyaşlı övladlarına uydurma atalıq rəsmiləşdiriblər. Bunun üçün qadınlar hər dəfə 8-50 min rubl alırdılar. Onlar bu yolla təxminən 100 min rubl qazanıb.

Sonradan əcnəbilərdən bəziləri yaşayış icazəsi ala biliblər. Lakin Novqorod vilayətinin prokurorluğu belə bir prosedurun ölkədə qalmağın müəyyən edilmiş qaydasını pozduğunu bildirib.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*