Babayan ÇƏRƏNLƏDİ: “Qarabağın Azərbaycanın tərkib hissəsi sayılacağı hər hansı təklif rədd ediləcək”backend

Babayan ÇƏRƏNLƏDİ: "Qarabağın Azərbaycanın tərkib hissəsi sayılacağı hər hansı təklif rədd ediləcək"

“Qarabağın Azərbaycanın tərkib hissəsi sayılacağı hər hansı təklif və ya sənəd rədd ediləcək”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “xarici işlər naziri” David Babayan bu gün, oktyabrın 30-da Xankəndidə  keçirilən mitinqdə deyib.

“Həqiqətən də biz çətin dövrdə yaşayırıq, ontoloji təhlükələrlə üzləşirik. Üstəlik, təkcə Qarabağ deyil, həm də Ana Ermənistan və diaspora ontoloji təhlükələrlə üz-üzədir. Gələcək böyük ölçüdə Qarabağdan asılıdır.

Bu ağır vəziyyətdən şərəflə çıxmaq üçün həm daxili, həm də xarici sferada çalışmalıyıq. Ən əsası, biganə qalmamalıyıq. Bu, ən günahsız hərəkət kimi görünsə də, bizi məhv edə biləcək laqeydlikdir. Gələcəyimiz hər birimizdən asılıdır, qələbə, yoxsa məğlubiyyət? Xarici sferaya gəlincə, təbii ki, bütün erməni icması ilə birgə çox böyük işlər görülür. Biz prinsipial olmalıyıq, peşəkarlığa, vətənpərvərliyə xüsusi yer verməliyik.

Qarabağın Azərbaycanın tərkib hissəsi sayılacağı hər hansı təklif, sənəd qəbuledilməzdir və rədd ediləcək.

Müxtəlif ölkələrdən və beynəlxalq strukturlardan belə təkliflər daxil olarsa, biz bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirəcəyik. İnanın ki, biz Qarabağı qorumağa qadirik. Hər birimizin bu potensialı var. Biz özümüzü müdafiə etmək iqtidarında olmadığımızı desələr, inanmamalıyıq.

Biz hamımız bir yerdə olacağıq və nə qədər çətinliklər olsa da, Qarabağı müdafiə edəcəyik və xilas etmək şansı var.

Rus xalqı və Rusiya qardaşdır deyəndə, dünyaya bəyan etmək istəyirik ki, bu, heç bir dövlətə qarşı yönəlməyib. Çünki bizim diasporlu xalq olaraq belə düşünməyə haqqımız yoxdur. Ona görə də gəlin mübarizə aparaq, birləşək, heç vaxt ümidsiz olmayaq”, – deyə Babayan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*