“Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur”.
KONKRET.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunmuş brifinqdə deyib.
Nazir bildirib ki, qapanma iyunun 20-dən başlamışdı, avqustun 5-dən isə icazə mexanizmi ləğv edilib:
“Kimlərinsə aztəminatlı kateqoriyasından çıxması, bəzilərinin işlə təmin olunması nəzərə alaraq yeni hesablanma aparılacaq və yekunda dördüncü ödənişdə nə qədər insanın yardım alması açıqlanacaq”.
