Bahalaşmadan sonra internet niyə zəifləyib? – Ekspert səbəblərdən danışdı, çıxış yollarını göstərdibackend

Bahalaşmadan sonra internet niyə zəifləyib? - Ekspert səbəblərdən danışdı, çıxış yollarını göstərdi

Bir müddətdir, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Tarif üzrə sürət dəyişsə də, vətəndaş etirazları səngimək bilmir. İstifadəçilər qiymət dəyişikliyindən sonra internetin sürətinin azaldığından şikayətlənirlər.

Maraqlıdır, internetin sürətinin təklif olunandan aşağı olmasının səbəbləri nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, internetin sürəti texniki məsələlərlə bağlıdır:

Assosiasiya sədri: Yeni güzəştlər İKT sektorunda canlanma yaradacaq

“Limit dəyişikliyində fərq çox olanda texniki müstəvidə məsələlər həllini tapmalıdır. Sürətin müvafiq aparatlar, cihazlar tərəfindən dəstəklənməsi çox önəmlidir. Misal üçün, siz telefonda 4G internetdən istifadə edirsiniz, 5G yenilənməsində telefon onu dəstəkləməlidir. Əks halda telefonu dəyişməlisiz. Hətta telefonunuz yeniliyi dəstəkləsə belə, müəyyən konfiqurasiyalar düz olmasa yenə də 5G işləməyəcək. Modem, internet sürəti, onun radius, siqnalların ötürülməsi, internetin düzgün ötürülməsi texniki müstəvidə həllini tapmalıdır”.

Elvin Abbasovun sözlərinə görə, hazırda texniki müstəvidə uyğunlaşma ilə bağlı həllini gözləyən nüanslar var:

“Vətəndaşların evlərində 5-6 il əvvəl aldıqları modemlərdir. İstifadəçilər gileylənir ki, əvvəl internet hətta məhlədə də tuturdu, indi isə mənzilin içində belə zəifdir. Bunun internetlə heç bir əlaqəsi yoxdur. Modemin wifi ötürücüsü içində internet olub, olmasa da ötürmə radiusu (əhatə dairəsi) dəyişmir. Modemlərin yeni tarifə uyğun 100 Mbit/s internetin dəstəklənməsində tənzimləmələrə ehtiyac var. Bununla yanaşı siqnal gücləndiricilər və s. istifadə edilməlidir”.

Ekspertin sözlərinə görə, provayderin özündən qaynaqlanan problemlərin olması da istisna edilmir:

“Hər bir halda provayderlər tarifə uyğun lazımı interneti verdiklərini iddia edirlər. Belə hallarda vətəndaşların birbaşa evə gələn internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi yaxşı olar. Özləri bacarmazlarsa, hər hansı İT mütəxəssisindən dəstək alsınlar. Həmçinin provayderin əməkdaşını evə dəvət edərək interneti yoxlada, lazımı tənzimləmələri etdirə bilərlər. Modem köhnə olarsa, dəyişiklik lazım gələcək. Həmçinin başqa infrastruktur problemləri ola bilər ki, bunu da saymaqla tükənməz. Məsələn, gərgin elektrik xətləri ilə internet xətti yan-yana olmamalıdır. Modem evin mərkəzinə yaxın olmalıdır ki, hər yerdə tutsun. Provayderin özündə olan nasazlıq isə əməkdaş tərəfindən texniki baxış keçirilərək aradan qaldırılmalıdır”.

Aygün Mirakif,

KONKRET.az

  • Elshan
    Sentyabr 6, 2024 - 14:35

    Sürət 3.8 mqb qəbul, 3,4 mqb ötürmə. Aylıq 27 manat 35 qəpik ödəniş etmişəm. 155, 1655 və 0124314299 imperatorları bildirirlər ki prezidentə şikayət et, nəticəsi olmayacaq. Yəni bu dərəcədə dərəbəylik olar?

  • No
    Sentyabr 6, 2024 - 14:49

    Mən indi 500 600 manata 5g dəstəkləyən telefon almalıyam bax budur Azərbaycan

  • Mammadov
    Sentyabr 6, 2024 - 18:41

    Mənim 100 m bt nəyimə lazımdı, zornan vətəndaşın cibinə niyə girirlər, bu şərəfsizlikdi, cinayətdi,bu özbaşınalıqlara bir dur deyən olacaqmı!

    • Əkrəm
      Sentyabr 7, 2024 - 12:50

      Sizinlə tam razıyam.30Mbt-lə müqavilə bağlamışdıq.İndi də 100 Mbt-qaldırıblar guya.Amma əslində 12-15 Mbt arası zorla internet verilir.Hansı ki modem də yeni modeldir.Bir sözlə soyğunçuluqdan başqa bir şey deyil.

  • Haller
    Sentyabr 6, 2024 - 19:32

    Gunah sizde deyil…evin atasi necedirse, ev de eledir!!!

    • Toni
      Sentyabr 7, 2024 - 09:30

      Tam dogru komment

  • Toni
    Sentyabr 7, 2024 - 09:28

    Defelerle deyilib ki olkenin yiyesi var ve bilerekden her sahede vetendasdan pul kütlesini musadire edir kasib tebeqeni mehv etmeye davam edilir layihe icra olunur . Helede millet sorushur niye ….

  • Səlim
    Sentyabr 8, 2024 - 21:34

    Milləti soymaqdan başqa bir şey deyil elə bil bu ölkənin yiyəsi yoxdu kimin kefi nə istəyir edir açıq aşkar soyğunçuluqdan başqa bir şey deyil nə sürət artı ş

  • Cabir
    Sentyabr 12, 2024 - 01:14

    En son telegonumda var avadanliqda ki provayderi shirketi ozu qoshub. Azeronline xidmete shikayet etmek uchun ve ya sozunu demeye qaynar xetti yoxdur zeng edirsen novbede 22 ci. Ilk pulu odedim 25azn bir gun 100mbit/s suret oldu qalxan gun 15-16 mbit/s. Ayibdi xalqi aldadmayin. Chox sherefsizlik edilmez. Mehkemeye verecem

  • Tural
    Sentyabr 12, 2024 - 06:21

    Tamamilə doğrudur internetin sürəti
    Tısbağa sürətinə bərabərdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*