Bakı metrosu nə vaxt yenidən fəaliyyətə başlayacaq? – AÇIQLAMAbackend

Bakı metrosu nə vaxt yenidən fəaliyyətə başlayacaq? - AÇIQLAMA

“Koronaviris pandemiyası bitəndən və karantin müddəti başa çatandan sonra metro dərhal işləyəcək”.

KONKRET.az xəbər verir ki, bunu “Bakı metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli deyib. Onun sözlərinə görə, metronun faəliyyətində hər hansı problem olmayacaq:

“Sadəcə olaraq həmin dövr üçün hərəkət qrafikinin həddi müəyyən olunur. Bütün sistemlər saz vəziyyətdə olmalıdır”.

Bəxtiyar Məmmədov qeyd edib ki, metro dayansa da, yerin altında iş gedir:

“Sərnişin fəaliyyətinin dayandırılması bu o demək deyil ki, metro dayanmalıdır. Metro özü yerin altında böyük bir şəhərdir. Onun yerin altında böyük infrastrukturu var. Qatarların hərəkət faəliyyətini təmin emək üçün bütün lazımı işlər gündəlik görülür. Sərnişinlər isə bunu görmür”.

qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*