Bakı metrosunda problem yarandı, sərnişinlər düşürüldübackend

Bakı metrosunda problem yarandı, sərnişinlər düşürüldü

Saat 7:26-da “Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, təlimat tələblərinə uyğun, sərnişinlər düşürülüb və qatar “İçərişəhər” stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*