Bakı OPEK-in bu qərarını dəstəklədibackend

Bakı OPEK-in bu qərarını dəstəklədi

Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara öz dəstəyini ifadə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

“OPEK plus” ölkələri nazirlərinin 32-ci iclasının sentyabrın 5-də keçirilməsi razılaşdırılıb.

İndiki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*