Bakıda 37 yaşlı kişini avtomobil vurdubackend

Bakıda 37 yaşlı kişini avtomobil vurdu

Bakının Xətai rayonunda 37 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Seyidov Vaqif Ramazan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Fakt araşdırılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*