Bakıda ağır QƏZA: Ölənlər var / YENİLƏNİBbackend

Bakıda ağır QƏZA: Ölənlər var / YENİLƏNİB

Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi məlum olub.

DİN mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.

Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.

Nəticədə maşın elektrik dirəyinə çırpılıb.

22:40

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb. Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*