Bakıda bu avtomobillərə təlabat azaldı – Qiymətlər enəcək?backend

Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?

Bakıda avtomobil bazarında alıcıların seçim meyarları dəyişməkdə davam edir. Son dövrlər yanacaq sərfiyyatı, istismar xərcləri və ekoloji amillər alıcıların qərarlarına daha çox təsir göstərir.

Bəs paytaxtda hazırda hansı avtomobillərə maraq əvvəlki illərlə müqayisədə azalıb, yoxsa vəziyyət eynidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda bazarda mühərrik həcmi 4 min kub santimetr və daha yuxarı olan, köhnə istehsal tarixli, eləcə də dizel mühərrikli avtomobillərə tələbat əvvəlki dövrlərlə müqayisədə zəifləyib.

Yeni nəqliyyat sistemi cibimizə necə təsir edəcək? — TodayPress.tv

“Bu tendensiyanın əsas səbəbləri həmin avtomobillərin yüksək yanacaq sərfiyyatı, texniki xidmət xərclərinin çox olması və istismar zamanı əlavə maliyyə yükü yaratmasıdır. Bundan başqa, alıcılar daha qənaətcil, ekoloji cəhətdən təmiz və saxlanılması nisbətən ucuz olan avtomobillərə üstünlük verməyə başlayıblar”.

Eldəniz Cəfərov qeyd edib ki, bazarda xüsusilə kiçik mühərrik həcminə malik benzin, hibrid və elektrik mühərrikli avtomobillərə maraq artdığı halda, iri həcmli və köhnə dizel avtomobillərinin satışı əvvəlki illərlə müqayisədə daha çətin həyata keçirilir. Bu da ikinci əl avtomobil bazarında qiymətlərin formalaşmasına və alıcı seçimlərinə birbaşa təsir göstərir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*