Bakıda gizli işləyən restoran tapıldı – FOTOLARbackend

Bakıda gizli işləyən restoran tapıldı - FOTOLAR

Biləcəri qəsəbəsində “Bulaq” restoranının sanitar-karantin qaydalarına zidd olaraq saat 18-dən sonra yerində müştərilər qəbul etdiyi aşkar edilib.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib. Tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştəriləri qəbul etdiyi məlum olub. Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılıblar.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*