Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq bir neçə gündür ki, paytaxt yollarında təmir işləri aparır. Agentliyin gördüyü təmir işləri Bakıda nəqliyyat vasitələrinin hərəkətini iflic edib.
KONKRET.az xəbər verir ki, Bakı-Sumqayıt yolunun 20 yanvar metrosuna qədər olan hissəsində kilometrlərcə uzanan tıxac yaranıb.
Təcili yardım maşınları da tıxacda qalıb.
