Bakıda oteldə müəmmalı ZƏHƏRLƏNMƏ – Vəzifəli şəxsin oğlu öldübackend

Bakıda oteldə müəmmalı ZƏHƏRLƏNMƏ - Vəzifəli şəxsin oğlu öldü

Bakıda, Səbail rayonunda yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

KONKRET.az  xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.

Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir. (Bakupost.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*