Bakıda şok: Maşınlar binanın üstündə drift edir – Videobackend

Bakıda şok: Maşınlar binanın üstündə drift edir - Video

Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsinin görüntüləri yayılıb.

Məlumata görə, maşınlar mərkəzdə yerləşdiyi bildirilən binanın üstündə şou göstəriblər.

KONKRET.az xəbər verir ki, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Oxu.az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*