Bakıda vəfat edən Burbulis Moskvada dəfn olundu – VİDEO / YENİLƏNİBbackend

Bakıda vəfat edən Burbulis Moskvada dəfn olundu - VİDEO / YENİLƏNİB

Rusiyanın keçmiş dövlət katibi və Baş nazirin müavini Gennadi Burbulis Moskvanın Troyekurovsk qəbiristanlığında dəfn olunub.

KONKRET.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, qəbiristanlığın dəfn evinin Böyük vida zalında mərasim keçirilib. Mərasimə gələnlər siyasətçinin ailə üzvlərinə başsağlığı veriblər.

Xatırladaq ki, o, IX Qlobal Bakı Forumunda iştirak edib. 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci il avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk Prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Qeyd edək ki, o, 2017-ci ildə Rusiyanın Krımı ilhaqına qarşı çıxış edib. Keçmiş dövlət katibi Rusiyanın Ukraynaya qarşı hərbi müxadiləsinin də əleyhinə olub.

13:57

Moskvada Troyekurov qəbiristanlığında RSFSR-in keçmiş dövlət katibi Gennadi Burbulis ilə vida mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

Xatırladaq ki, Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis iyunun 19-u günorta saatlarında 77 yaşında Bakıda vəfat edib. O, paytaxtımıza IX Qlobal Bakı Forumunda iştirak etmək üçün gəlmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*