Bakıda yeni səfirlik binası burada olacaqbackend

Bakıda yeni səfirlik binası burada olacaq

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.

Bu barədə KONKRET.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb. Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*