Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi…backend

Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...

Bakının Səbail rayonunda gecə klubunda dava olub.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsibdə yerləşən “Enjoy” gecə klubunun qarşısında baş verib.

Bir neçə nəfərin mübahisəsi davaya çevrilib və nəticədə klubun iki mühafiəzəçisi – 1994-cü il təvəllüdlü Vüsal Babayev və 2005-ci il təvəllüdlü Rəhim Səlimov saxlanılıblar.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə ittiham elan edilib.

İttihama görə, onlar gecə klubunun qarşısında bir neçə nəfərlə dava ediblər və polisin qanuni tələbinə tabe olmayıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 20 gün müddətinə həbs ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*