Bakıya yenə dolu yağa bilər – AÇIQLAMAbackend

Bakıya yenə dolu yağa bilər - AÇIQLAMA

Məlum olduğu kimi, mayın 26-da Bakıda hava şəraitinin kəskin dəyişməsi müşahiə edilib. Paytaxtın bir çox ərazilərinə güclü dolu yağıb. Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Yaz fəslinin sonlarına doğru belə dolu yağması isə təəccüb doğurub.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ekoloq Ənvər Əliyevin sözlərinə görə, Bakıda ən azı 40-45 ildir quraqlıq keçir, indi yenidən rütubətlilik dövrü başlayıb.

O bildirib ki, rütubət nisbətən olacaq və belə hava yenidən müşahidə edilə bilər: “Dolunun yaranması atmosfer cəbhəsində iki növ hava kütləsinin (İsti və nisbətən soyuq hava kütlələri) qarşılaşması nəticəsindədir. Orada sirkulyasiya yaranır nəticədə müxtəlif diametrdə buz kütləsi əmələ gəlir. Bu atmosfer kütləsinin şaquli sirkulyasiyası nəticəsində baş verir. Hazırda Bakıda bir tərəfdə 27-30 dərəcədə istilik müşahidə olunur, digər tərəfdə dağlarda qar yağır. Azərbaycan mülayim qurşaqla subtropik qurşağın sərhəddində yerləşir. Subtropik qurşağın elementləri daha çoxdur. Bakı şəhərində olan anomaliyalardan biri də yağıntının çox olmasıdır. Son 50 ildə Bakıda belə bir hadisə olmayıb. Adətən yağıntılar daha qısa müddətli olurdu. Fəsillər dəyişəndə yağıntılı dövr olur, ancaq daha bu formada da yox. Ona görə buna bir hava anomaliyası kimi baxmaq lazımdır. Ola bilsin ki, bundan sonra da dolu yağıntısı təkrarlansın. Bunu dəqiq kimsə deyə bilməz. Çünki atmosfer cəbhələri elədir ki, bura 9 istiqamətdən hava kütlələri daxil olur.  Onları bilmək olmur ki, nə gətirəcək, hava necə olacaq… Amma ümumilikdə isə bizə ən çox təsir edən hava kütlələri Atlantik okeandan gələn yağmurlu, rütubətli hava kütlələridir. Yəni baş verənlər atmosfer kütlələrinin müxtəlif temperaturlu hava kütlələrinin qarışmasından əmələ gələn prosesdir. Mən inanmazdım ki, belə ola bilər. Bundan sonra da belə havaların təkrarlanma ehtimalı var”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*