Baltikyanı ölkələrin mağazalarında ərzaq məhsulları Avropa İttifaqının digər ölkələrinə nisbətən daha baha satılır.
AZƏRTAC xəbər verir ki, Latviya ailəsinin gəlirlərinin orta hesabla 17,8 faizi qida məhsullarına xərclənir. Estoniyada bu rəqəm 20,3, Litvada isə 21,6 faizdir. Avropa İttifaqının ümumi statistikasında isə bu göstərici 12 faizə bərabərdir.
Ən bahalı qidalar isə ət və ət məhsulları, təbii şirələr, balıq və un məmulatlarıdır.
