Yeni Zelandiyada baş nazirin ofisinə hücum edilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Yeni Zelandiya radiosu məlumat yayıb.
Bildirilib ki, 57 yaşlı Oklend sakini Baş nazir Casinda Ardernin ofisinin pəncərə və qapılarının şüşələrini sındıraraq içəriyə tüstü bombası atıb.
Polisdən verilən məlumata görə, hücum zamanı xəsarət alan olmayıb.
Qadın hadisə yerindən qaçsa da, daha sonra həbs edilib və ona qarşı cinayət işi açılıb.
İqbal Rzayev,
KONKRET.az
