Baş Prokurorluq ANAMA əməkdaşı və DSX-nin gizirinin minaya düşməsi barədə məlumat yaydıbackend

Baş Prokurorluq ANAMA əməkdaşı və DSX-nin gizirinin minaya düşməsi barədə məlumat yaydı

Zəngilanda ANAMA əməkdaşı və DSX-nin giziri minaya düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*