Söyüş söymək acizliyin və daxili boşluğun nişanəsidir. İslam dini insanları bu naqis sifətdən çəkindirməyə çalışsa də, bir çoxları söyüşü həyatının tərkib hissəsi və gündəlik ritorikası sayır. Həmin o bəziləri arasında özünü “müxalifət” adlnadıran, əslində isə söyüş söyməklə acizliyini və daxili boşluğunu göstərən şəxslər çoxluqdadır. Qabili, Tural Sadıqlısı, Məhəmməd Mirzəlisi və adlarını çəkdiyim şəxslərlə eyni xislətdə olan digərləri ağızlarını açarkən söyüş ritorikasına üstünlük verirlər. Əslində onları qınamıram da… Daxili intellektual səviyyəsi, dünyagörüşü, ziyalı təfəkkürü və savadı olmayanların əl atdığı ən ucuz vasitədir söyüş… Hərçənd “hakimiyyət iddiası”nda olan, ona-buna məsləhət verən, yol göstərməyə çalışan, mənəvi məsələlərdən danışan bu şəxslər anlamırlar ki, söyüş söymək onları hörmətdən salır, şəxsiyyətlərini aşağılayır və ümumiyyətlə, “bir qəpiklik insana” çevirir. Təbii ki, hələ də bu sadaladıqlarım xüsusiyyətlər adıçəkilən şəxslərdə qalıbsa… Həm də mübarizəni kişi kimi aparmaq lazımdır axı… Ancaq ağzını söyüşə öyrədənlərdən kişilik nümunəsi sərgiləməyi gözləmək də sadəlövhlükdür.
Lap qədimdən belə bir deyim var ki, “söyüş və qarğış ikibaşlı olur”. Yəni kiməsə söyəndə və ya qarğış edəndə dediklərimiz özümüzə qayıdır. Yəqin ki, bütün günü xaricdə oturub aldıqları qrantlar hesabına yaratdıqları YOUTUBE platformalarında Azərbaycan cəmiyyətinə “mənəviyyat dərsi” verməyə çalışan həmin şəxslər bu el deyimindən də xəbərdardırlar. Elə isə söydükləri söyüşlərin iki mislinin özlərinə qayıtdığını da yaxşı başa düşürlər. Bu halda da öz ritorikalarından əl çəkməyənləri isə cəmiyyət birmənalı olaraq “boynuyoğun” adlandırır. Başqasının namusunu ləkələməyə çalışanda, “söyüşün birini bir qəpikdən ağızdan çıxaranda” gərək “öz gözündə də tiri görə biləsən” axı… Kişi qırıqları bütün günü cəmiyyətimizdə guya əxlaq dəyərləri məhv olur deyə bar-bar bağıranda görəsən özlərinə və həyatlarına kənardan baxıb nə fikirləşirlər?
Götürək elə kişi qırığı və “həqiqət carçısı” olan Tural Sadıqlını. Yəqin ki, hər bir diqqətli oxucu onun öz keçmiş həyat yoldaşı ilə bağlı yayılan videosundan xəbərdardır. Sadıqlı öz keçmiş arvadı ilə bakirəlik mövzusundan tutmuş, digər ailə-məişət məsələlərinə qədər hər şeydən danışıb, qarşılıqlı ittihamlar səsləndirilib. Sonda isə Tural Sadıqlının keçmiş həyat yoldaşı “kişi qırığı”nın ona necə işgəncə verdiyini əyani nümayiş etdirib. Təbii ki, normalda kimsənin şəxsi həyatı və ailə münasibətləri bizi maraqlandırmır, maraqlandırmamalıdır da…
Ancaq söhbət söyüş ritorikasını geydirmə müxalifətə gətirən, bütün günü namus-qeyrət dərsi keçməyə çalışan, lakin öz həyatından xəbəri olmayan, bütün günü boş və mənasız ittihamlarla cəmiyyətdə nüfuzu olan şəxsləri ləkələməyə səy göstərən birindən gedirsə, o zaman biz də susmamalıyıq. Susmamalıyıq ki, cəmiyyət bu vətən xainlərinin, Azərbaycanı gözü götürməyənlərin pulu ilə ölkəmiz haqqında ağzına gələni danışanların əsl xislətini, kimliyini və iç üzünü görsün. Onsuz da “xalqın gözü tərəzidir”. Cəmiyyət yaxşını pisdən, ağı qaradan seçməyi gözəl bacarır. Ancaq necə deyərlər, “təkrar biliyin anasıdır”. Ona görə də ona-buna sataşan, mənəvi dərs keçməyə çalışan Tural Sadıqlı və digərlərinin iç üzünü açmağı və bir daha “maskalarını cırmağı” özümə həm jurnalist, həm də vətəndaş borcu bildim.
Müşviq Tofiqoğlu,
KONKRET.az