18 yaşlı oğlan heyvan gübrəsinin altında qalıb öldübackend

18 yaşlı oğlan heyvan gübrəsinin altında qalıb öldü

Türkiyədə gənc oğlan faciəvi şəkildə ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Aksaray şəhərində baş verib.

18 yaşlı Səməd Mərcan heyvan gübrəsini əraziyə boşaltmaq üçün avtomobilin yük yerini qaldırıb. Lakin qapı açılmadığı üçün Səməd sükan arxasından düşərək, qapını açmağa çalışıb. Bu zaman yük yerinin qapısı qəfil açılıb və heyvan gübrəsi Səmədin üzərinə tökülüb. O, bir müddət gübrənin altında qalıb. Qonşular və yaxınları kürək ilə gübrəni qazaraq, Səmədi çıxara biliblər.

Xəstəxanaya yerləşdirilən Səməd burada 9 gün ölümlə mübarizə aparıb. Lakin 9-cu gün onun həyatını xilas etmək mümkün olmayıb./ lentaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*