Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.
Nəticədə, Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.
Hazırda bu istiqamətdə tədbirlər görülür.
