Türkiyə sahillərində batmaq təhlükəsi ilə üzləşən ukraynalı dəniçi xilas edilib.
KONKRET.az xəbər verir ki, ukraynalı dənizçi avqustun 30-na keçən gecə dənizə atılıb. Hadisə o, Yunanıstandan Türkiyəyə gedərkən baş verib. Ekipaj üzvünün batdığı ehtimal edilib və dərhal sonra axtarış-xilasetmə əməliyyatı başlayıb.
Dənizçi sahil mühafizəsi, qayıqlarda olan xilasedicilər və aviasiya tərəfindən axtarılıb. Ukraynalı 20 saat suda qaldığından onun sağ tapılmaq şansı sıfır olub.
Lakin avqustun 31-də “Moonlight” yük gəmisinin heyəti suda bir nəfər görüb və Türkiyə sahilləri yaxınlığında gücsüz qalan dənizçini xilas edib.
Hazırda dənizçi xəstəxanada müayinə olunur.
Burhan,
KONKRET.az
