Bayden bəşəriyyət üçün əsas ekzistensial təhlükəni adlandırdıbackend

Bayden bəşəriyyət üçün əsas ekzistensial təhlükəni adlandırdı

“Nüvə müharibəsi ehtimalı deyil, qlobal istiləşmə bəşəriyyətin üzləşdiyi ən mühüm ekzistensial təhlükə sayıla bilər”.

KONKRET.az xəbər verir ki, bu fikri Hanoyda mətbuat konfransında çıxış edən ABŞ prezidenti Co Bayden deyib.

“Bəşəriyyətin üzləşdiyi yeganə ekzistensial təhlükə, hətta nüvə müharibəsindən də qorxulu qlobal istiləşmədir. Yaxın 10-20 ildə temperaturun 1,5 dərəcə yüksəlməsi əsl problem olacaq. Geriyə dönüş olmayacaq”, – Amerika lideri qeyd edib.

Bayden həmçinin bildirib ki, Yeni Dehlidə keçirilən G20 sammitində bütün iştirakçılar qlobal istiləşmədən narahatdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*