ABŞ Prezidenti Co Bayden səhvən 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edən oğlunun İraqda həyatını itirdiyini deyib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bunu çərşənbə günü ABŞ-ın Kolorado ştatında çıxışı zamanı bildirib.
“Təsəvvür edin. Bunu səmimiyyətlə deyirəm. Mən bunu İraqda həyatını qurban verən bir insanın atası kimi deyirəm”, – Bayden deyib.
Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidentinin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edib.
Bayden daha əvvəl oğlunun xəstəliyinə İraqdakı ABŞ hərbi obyektlərində tullantıların yandırılması zamanı buraxılan zəhərli maddələrin səbəb ola biləcəyini irəli sürüb.
İqbal Rzayev,
KONKRET.az
