ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edib–etməyəcəyi ilə bağlı sözləri şərh edib. O, Rusiya Prezidentinin nüvə silahı ilə bağlı ritorikasını “təhlükəli” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti “NewsNation”a müsahibəsində deyib:
“Əgər onun Ukraynada nüvə silahından istifadə etmək niyyəti yoxdursa, o zaman niyə bu barədə danışır? Nə üçün o, taktiki nüvə silahının tətbiqindən danışır? O, vəziyyətə çox təhlükəli yanaşır. Putin bütün bunlara son qoya, Ukraynanı tərk edə bilər”.
Qeyd edək ki, fevralın 27-də Rusiya Prezidenti Müdafiə Nazirliyinə Rusiya çəkindirici qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. Sentyabrda isə Putin Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşərsə, onun nüvə silahından istifadə etmək hüququndan danışıb. O, oktyabrın 26-da cavab nüvə zərbəsi endirmək üçün Müdafiə Nazirliyinin keçirdiyi təlimlərə nəzarət edib.
İqbal Rzayev,
KONKRET.az
