ABŞ prezidenti Co Bayden Si Cinpini hələ də diktator kimi təsvir etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə San-Fransiskoda Amerika və Çin liderləri arasında aparılan danışıqlardan sonra deyib.
“O, kommunist ölkəsini idarə etməsi mənasında diktatordur. Çin hökuməti bizimkindən tamamilə fərqlidir”, – Bayden qeyd edib.
Qeyd edək ki, bu ilin iyununda ABŞ lideri Çin rəhbərini cəsus şarla bağlı yaranmış vəziyyətə görə diktator adlandırmışdı. Çin isə etiraz edərək, Baydenin sözlərini “təxribat” adlandırmışdı.
Ariz Həsənoğlu,
KONKRET.az