Baydendən Ukrayna ilə bağlı YENİ QƏRAR – Memorandum imzaladıbackend

Baydendən Ukrayna ilə bağlı YENİ QƏRAR - Memorandum imzaladı

Bayden Kiyevə hərbi yardım üçün 775 milyon dollara qədər vəsaitin ayrılmasını nəzərdə tutan memorandum imzalayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Kiyevə 775 milyon dollarlıq hərbi yardım paketi barədə göstəriş verib.

Avqustun 19-da Pentaqon Ukraynaya ümumilikdə 775 milyon dollar məbləğində hərbi yardım ayrıldığını açıqlayıb.

Qeyd edək ki, Pentaqon ölkənin cənub-şərqindəki döyüş vəziyyətini dəyişdirəcək yeni silah növlərinin Ukraynaya verilməsi imkanını nəzərdən keçirir.

Bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib:

“Biz Ukrayna ordusunun ölkənin cənub və şərq vilayətlərindəki döyüş vəziyyətini dəyişməsi, eləcə də uğur qazanması üçün hansı yeni silahlara ehtiyacı olduğunu öyrənirik”, – deyə Pentaqon rəsmisi vurğulayıb.

Müşviq Todiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*