“Bayer” 39 oyundur məğlub olmurbackend

"Bayer" 39 oyundur məğlub olmur

Bundesliqanın 27-ci turunda “Bayer” doğma meydanda “Hoffenhaym”ı qəbul edib. 

KONKRET.az xəbər verir ki, matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

33-cü dəqiqədə “Hoffenhaym”ın hücumçusu Maksimilian Bayer görüşdə hesabı açıb. 88-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Robert Andriç hesabı bərabərləşdirib, 90-cı +1-də isə Patrik Şik qələbə qolunu vurub.

Bununla da “Bayer”in bütün yarışlardakı məğlubiyyətsizlik seriyası 39 matça çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*