Türkiyədən NATO üçün strateji addım: 1.2 milyard dollarlıqbackend

Türkiyədən NATO üçün strateji addım: 1.2 milyard dollarlıq

Türkiyə NATO-nun hərbi ehtiyaclarını qarşılamaq məqsədilə Bolqarıstan ərazisindən keçərək Rumıniyaya uzanacaq 1,2 milyard dollar dəyərində boru kəməri çəkilməsini təklif edib. “Bloomberg” agentliyinin məlumatına görə, rəsmi Ankara bu layihə üçün müttəfiqlərinin dəstəyini iyulda Türkiyədə keçiriləcək NATO sammitinə qədər və ya sammit zamanı almağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, ideya müəllifləri Bolqarıstan marşrutunun əvvəllər müzakirə edilən Yunanıstan və ya Rumıniyanın qərb qonşuları vasitəsilə təklif olunan alternativlərdən təxminən beş dəfə ucuz başa gələcəyini iddia edirlər. Bundan əlavə, digər variantların dəniz daşımalarından daha çox asılı olduğu və təhlükəsizlik baxımından daha həssas hesab edildiyi vurğulanır.

Mənbələrin verdiyi məlumata görə, boru kəmərindən müstəsna olaraq hərbi məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Layihənin texniki xüsusiyyətləri və ötürücülük qabiliyyəti isə məxfi saxlanılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*