BƏƏ-nin İrandakı səfiri altı illik fasilədən sonra fəaliyyətini bərpa edəcəkbackend

BƏƏ-nin İrandakı səfiri altı illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

Birləşmiş Ərəb Əmirliklərinin İrandakı səfiri Saif Məhəmməd əl-Zaabi yaxın günlərdə Tehrandakı vəzifəsini bərpa edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ərəb ölkəsinin Tehrandakı nümayəndəsi hələ 2016-cı ilin yanvarında geri çağırılıb.

BƏƏ bu qərarı İranın Fars körfəzinin ərəb ölkələrinin daxili işlərinə davamlı müdaxiləsi ilə izah edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*