Bəhram Bağırzadənin ölüm xəbəri ilə bağlı AÇIQLAMAbackend

Bəhram Bağırzadənin ölüm xəbəri ilə bağlı AÇIQLAMA

“Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır!”.

KONKRET.az xəbər verir ki, bunu Əməkdar artist Cabir İmanov sosial şəbəkə hesabında yazıb.

O, insanları Bəhram Bağırzadənin ölüm xəbərini yayanlara inanmamağa çağırıb:

“Heç bir “sayt”, “informasiya” agentlikləri, “məlumatçı blogerlər”, operator “həkimlər”ə inanmayın. Çalışacam ki, hər gün Bəhram haqqında məlumat verim. P.S. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən “adamlara” fikir verməyin. Təşəkkürlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*