Belarus Müdafiə Nazirliyi birləşmələrin və hərbi hissələrin döyüş hazırlığının hərtərəfli yoxlanılmasına başlayıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb:
“Sınaq hərtərəflidir. Şəxsi heyət təyin olunmuş ərazilərə hərəkət etməli və canlı atəş də daxil olmaqla bir sıra təlimlər keçirməli olacaq”.
Yoxlamalar zamanı hərbi texnikanın hərəkəti də nəzərdə tutulub. Hərbi idarə xəbərdarlıq edib ki, ümumi istifadədə olan avtomobil yollarında mülki nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırılacaq.
Ariz Həsənoğlu,
KONKRET.az
