Belçika və Britaniya arasında GƏRGİNLİKbackend

Belçika və Britaniya arasında GƏRGİNLİK

Belçika və Böyük Britaniya arasında gərginlik yaranıb

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” yazıb.

Buna səbəb Belçika hökumətinin hər iki ölkənin NATO üzvü olmasına baxmayaraq, Britaniyaya nüvə texnologiyasının ixracını əngəlləməsi olub.

Bildirilib ki, Britaniyaya radioaktiv tullantılarla işləmək üçün nüvə sənayesində istifadə edilən xüsusi yüksək təzyiqli izostatik pres lazım olub. Dünyada analoqu olmadığı deyilən bu məhsullar Antverpendə ABŞ-Belçika şirkəti “EPSI” tərəfindən istehsal olunur. Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra bu məhsul Belçika hökumətinin xüsusi lisenziyası ilə ixrac edilir.

Məlumata görə, razılaşmaya Yaşıllar Partiyasının üzvü, Belçika baş nazirinin müavini Georges Gilkinet mane olub.

Nəşrin yazdığına görə, London buna cavab olaraq Belçikanı “FN Herstal” şirkətinin istehsalı olan və dəyəri 514 milyon funt sterlinqdən çox olan pulemyotların alınması ilə bağlı sövdələşməni ləğv etməklə hədələyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*