Belçika: Yeni sosial plan vətəndaşlara ev almağa kömək edəcəkbackend

Belçika: Yeni sosial plan vətəndaşlara ev almağa kömək edəcək

Belçikada mənzil almaq və kirayə vermək problemini həll etmək üçün yeni sosial plan həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, qiymətlərin baha olması səbəbindən mənzil alışı və kirayəsi kəskin çətinləşib.

Ev almaq yaxşıdır, yoxsa kirayədə qalmaq? Bu gün Belçikada yüksək ev qiymətləri belə bir dilemma yaradıb. İpoteka almaqda çətinlik bir çox belçikalıların mülk sahibi olmasına imkan vermir. Lakin bu, alqı-satqı variantını ehtiva edən sosial mənzil sxeminin meydana çıxması ilə dəyişə bilər.

Bu necə işləyir?

Regis Ortmans, Brüssel, Valoniya və Lüksemburqdakı “Matexi”nin regional direktoru:

“İlkin olaraq həmin evi və ya mənzili müəyyən olunmuş qiymətə və müəyyən şərtlərlə 5-7 il müddətinə kirayə vermək lazımdır, sonra isə 5-7 ildən sonra təklif olunacaq ipoteka yolu ilə mənzil sahibi olmaq mümkündür”.

Laurent Lonc, Pərakəndə Bankçılıq şöbəsinin rəhbəri:

“Əgər mən bir əmlak almağa qərar versəm, dörd il ərzində bu evi kirayəyə verərəm. Çünki bu, bir avansdır. Əslində, kirayə verməklə mənzilin dəyərinin yarısını təmin etmiş oluram. Bu da düşünəndə böyük bir yenilikdir”.

Mənzil sektorunda yeni bir tendensiya yaranıb. Belə ki, gənc belçikalılar və 23-35 yaş arası əcnəbilər çox vaxt özəl şirkətlər tərəfindən tamamilə təmir edilmiş böyük evlərdə yaşayırlar. Bu, birgə yaşayışın elit forması kimi getdikcə populyarlaşıb.

Digər bir tendensiya müxtəlif nəsillərin birgə yaşamasıdır.

Yaşlılar tənhalığını aradan qaldırmaq üçün tələbələrə ucuz otaqlar icarəyə verirlər.

Katiye Brouver, Brüsseldə bir evin sahibi:

“İl yarım əvvəl ərimi itirdim və gördüm ki, evdə tək olmaq mənim üçün faciədir. Ona görə də evimi gənc bir tələbəyə kirayəyə verdim. İndi bu qərarımdan çox məmnunam”.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*