backend

"Belə davam etsə, avqustun 10-dan sonra növbəti yumşalmalar olacaq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Son həftələr ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edir. Avqustun 6-da Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Baş nazir Əli Əsədov bildirib ki, növbəti yumşalma üçün hazırlıqlar gedir. Yoluxanların sayında azalma dinamikası davam edərsə, avqustun 10-dan sonra növbəti yumşalma ola bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bidirib ki, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə koronovirus pandemiyası və sosial məsələlərlə bağlı videoformat formasında müşavirə keçirilib. Müşavirədə sərt karantin rejiminin yumşaldılması və ondan sonra əhalinin, təsərrüfat subyektlərinin davranış qaydaları ilə bağlı ölkə başçısı tərəfindən tapşırıqlar verilib. Düşünürəm ki, yaxın zamanlarda ictimai iaşə müəssisələri fəaliyyətə başlayacaq. COVID-19-a yoluxmaların çox olduğu rayonlar istisna olmaqla, digər rayonlara, əsas da turizm regionlarına gediş-gəliş açılmalıdır. Harada mümkündürsə, əhalinin iqtisadi fəallığını artırmaq lazımdır. Avqustun 31-dən sonra karantin rejiminin uzadılması bilavasitə yoluxmanın statistikasına bağlıdır. Əgər yeni yoluxanların sayı artan templə inkişaf etsə, uzadıla bilər. Uzadılmaması üçün hər bir vətəndaşımızdan qaydalara ciddi riayət etməsi tələb olunur. Bu, bir sınaqdır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

  • Fərid
    Avqust 8, 2020 - 13:30

    Mektebe ler ne vaxt acilacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*