“İsrail Türkiyəni iqtisadi, müdafiə sahəsində və sabitliyinin təmin edilməsində qlobal aktor kimi görür”.
KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.
O, Türkiyə və İsrailin təhlükəsizliklə bağlı bir çox çətinlikdən keçdiyini qeyd edib:
“Müdafiə sahəsində yenidən qurulan əlaqələrimiz Yaxın Şərqin sabitliyinə və təhlükəsizliyinə töhfə verəcək”.
Yunanıstana səfərinin təxirə salınması ilə bağlı Qantz belə deyib:
“Yunanıstana səfərimi sırf texniki və təhlükəsizlik səbəbi ilə ləğv etdim”.
İqbal Rzayev,
KONKRET.az
